Azərbaycanda “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun hazırlanacaq. Bununla bağlı məsələ  Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib.

Yaz sessiyası dövründə parlamentin Mədəniyyət komitəsi qanun layihəsinin hazırlanmasını təmin etməlidir.

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına ümumilikdə 14 məsələ daxil edilib. 

Yaz sessiyasında müzakirəsi nəzərdə tutulan qanun layihələri sırasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi, “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları ilə iş haqqında”,  “Ali təhsil haqqında”, “Turizm haqqında” qanun layihələri də var.