Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, www.artgift.az saytının dəstəyi ilə fevralın 2-də saat 20:00-da “Nizami Gəncəvi İli” çərçivəsində Gənclər Gününə həsr olunan “Axın” adlı virtual rəsm sərgisi açılacaq.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərgi gənclərin inkişafını dəstəkləmək, cəmiyyətdəki fəallığını təmin etmək, yaradıcılıqlarını stimullaşdırmaq məqsədilə keçirilir.

Sərgidə 50-dan çox gənc rəssamın 60-a yaxın rəsm əsəri nümayiş olunacaq.