2 Fevral – Azərbaycan Gənclər Günüdür. Bu tarixin Gənclər Günü kimi seçilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Azərbaycan gənclərin birinci forumu keçirilib. Heydər Əliyev həmin forumda çıxışı zamanı gənclər qarşısında tarixi bir vəzifə qoyaraq deyib: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Ümummilli liderin 1997-ci ildə imzaladığı sərəncamla 2 fevral Azərbaycan Gəncləri Günü elan edilib.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “2 Fevral – Azərbaycan Gəncləri Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Sərgidə görkəmli şəxslərin gənclər haqqında fikirləri, rəsmi sənədlər, fotolar, mövzu haqqında kitab və dövri mətbuat səhifələrində dərc olunan məqalələr yer alıb.

Virtual sərgi ilə aşağıdakı linkdən istifadə etməklə tanış olmaq olar:

http://anl.az/el/vsb/2_Fevral_Azerbaycan_Gencleri_Gunu/index.htm