Ağdaş Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Göyçay, Ucar və Zərdab rayonlarında Vətən müharibəsində iştirak etmiş mədəniyyət işçiləri ilə görüşlər keçirilib. Görüşlərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun qazandığı Qələbədən danışılıb, bu zəfərdə Vətən müharibəsində iştirak etmiş mədəniyyət işçilərinin də payı olduğu vurğulanıb.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə “Qalib liderin Qələbə yolu – Şuşa ucalığı” mövzusunda videokonfrans təşkil olunub. Çıxış edənlər Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsini yüksək qiymətləndiriblər.
Göyçay rayon Heydər Əliyev Mərkəzi, Gənclər və idman idarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon bölməsinin birgə təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr olunmuş onlayn tədbir keçirilib. Çıxışlarda ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan söz açılıb.
Zərdab və Ucar rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə gerçəkləşən Gənclər Gününə həsr olunmuş videokonfransda əlamətdar günün tarixinə nəzər salınıb, Azərbaycan dövlətinin gənclər siyasətindən bəhs olunub.
***
Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə uşaq yazarı Gülzar İbrahimovanın “Min bir nağıl” kitabından bir neçə nağılın onlayn formada ucadan oxusu keçirilib.
MKS-nin Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsi isə görkəmli tarixçi alim Sara Aşurbəylinin 115 illiyinə həsr olunmuş “Milyonçu qızının böyük şücaəti” adlı videokonfrans keçirib. Alimin Azərbaycan elminə verdiyi töhfələrdən bəhs olunub.
Quba rayon MKS-nin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş videokonfrans da keçirilib. Tədbirdə “Gənclər bizim gələcəyimizdir” adlı videoçarx nümayiş olunub.
***
Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzi Yeni Güdəcühür qəsəbə Klub-icma mərkəzinin kollektivi Gənclər Günü ilə əlaqədar “Gəncliyin səsi” mövzusunda onlayn tədbir təşkil edib.
***
Gənclər Günü ilə bağlı Ağcabədi Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların tarix-diyarşünaslıq muzeyləri və muzey tipli müəssisələrinin birgə təşkilatçılığı ilə “Gənclərin cəmiyyətdə rolu” adlı onlayn tədbir keçirilib.
***
Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən idarənin əhatə etdiyi şəhər və rayonlarda Vətən müharibəsində şəhid və qazi olmuş mədəniyyət işçilərinin ailələri ilə görüşlər keçirilib. Görüş zamanı idarə tərəfindən mədəniyyət işçilərinin ailələrinə maddi yardım göstərilib.
***
Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gənclər Günü münasibətilə videokonfrans keçirilib. İdarənin rəisi Mirvari Zeynalova çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətinin formalaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu diqqətə çatdırıb. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon təşkilatı tərəfindən fəal gənclər fəxri fərmanla təltif olunub.
Şəki şəhər Mərkəzi kitabxanası, şəhər Uşaq incəsənət məktəbi, Balakən rayon Mərkəzi kitabxanası, Zaqatala rayon Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzində də Gənclər Günü ilə bağlı videokonfranslar təşkil olunub.
Qax rayon MKS və Gənclərin İnkişafı və Karyera Mərkəzi rayon bölməsinin birgə təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun anım gününə (28 yanvar) həsr olunmuş “Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada” adlı videokonfrans keçirilib. Çıxış edənlər müasir Azərbaycan poeziyasında özünəməxsus dəst-xətti olan şairin həyat və yaradıcılığından söz açıblar.
***
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi kitabxanasında yazıçı, mütəfəkkir İsmayıl bəy Qutqaşınlının (1806-1869) 215 illiyinə həsr olunmuş videokonfrans keçirilib. Çıxışlarda yazıçının yaradıcılığı haqqında məlumat verilib.
Samux rayon MKS-nin Mərkəzi kitabxanası “Günlərdən poeziya” adlı layihəyə başlayıb. Layihənin ilk qonağı Gəncə Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Səba Namazova olub. Görüşdə görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin həyat və yaradıcılığı haqqında məlumat verilib, şairin poeziyasından nümunələr səsləndirilib.
***
Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin Xidmət şöbəsi Gənclər Günü münasibətilə “Vətənpərvər gənclər işıqlı gələcəyimizdir” başlıqlı kitab sərgisi təşkil edib. Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları isə “Gəncliyin səsi” adlı videokonfrans keçirib. Muzeyin direktoru Yeganə Əhmədova gəncləri əlamətdar gün münasibətilə təbrik edib, dövlət tərəfindən gənclərə göstərilən qayğıdan bəhs edib.
Ağstafa rayonu Dağ Kəsəmən kənd Folklor-mədəniyyət evi və kənd klubunun təşkilatçılığı ilə “Gənclər gələcəyimizdir” mövzusunda onlayn tədbir keçirilib. Mövzu ətrafında çıxışlar olub, şeirlər səsləndirilib.
Ağstafa rayon Mədəniyyət Mərkəzinin filialları, Tovuz və Qazax rayon MKS-lərin kənd kitabxana filialları Gənclər Günü ilə bağlı videokonfranslar keçiriblər.
Tovuz rayon Heydər Əliyev Mərkəzi də əlamətdar günlə bağlı videokonfrans təşkil edib. Tovuz Dövlət Rəsm Qalereyasının əməkdaşları tərəfindən isə qalereyanın gənc dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub.
***
Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində gənclərin əsl vətənpərvər kimi istər ön cəbhədə, istərsə də arxa cəbhədə göstərdikləri şücaətdən bəhs olunub.
***
Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Heydər Əliyev Mərkəzi, Bərdə rayon Mədəniyyət Mərkəzinin filialları və rayon MKS-nin kənd kitabxana filialları Gənclər Günü münasibətilə videoçarx hazırlayıblar.
Nurəddin MƏMMƏDLİ