Prezident İlham Əliyev fevralın 8-də Yusif Yevgenyeviç Axundzadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Tanınmış hərbi dirijor, Xalq artisti, pedaqoq Yusif Axundzadə Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif olunub.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, general-mayor Yusif Axundzadə eyni zamanda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Nəfəs və zərb alətləri kafedrasının müdiridir. Fevralın 6-da Yusif Axundzadənin 75 yaşı tamam olub.