Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fevralın 10-da tanınmış ekspertlərin iştirakı ilə “Pandemiyadan sonrakı mərhələ: dünya sisteminin inkişafı” mövzusunda veb-konfrans təşkil edəcək.

Mərkəzdən bildirilib ki, konfransa mərkəzin həmsədri, Latviyanın sabiq Prezidenti Vaira Vike-Freyberqa, Kolumbiya Universitetinin professoru Jeffrey Sachs, İrlandiyanın sabiq Baş naziri Bertie Ahern, Roma Klubunun fəxri prezidenti Erns Ulrich von Veizsaecker, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Lagumdzija, Amerika Xarici Əlaqələr üzrə Milli Komitəsinin prezidenti Susan Elliott, şahzadə, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal, Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, Polşanın sabiq Baş naziri Marek Belka, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Macarıstanın sabiq Baş naziri Peter Meddyeşi və başqaları  qatılacaq.