Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində mədəni-kütləvi tədbir təşkil olunub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Nazirliyin nümayəndələrinin, hərbi məktəbin şəxsi heyətinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı kollektivlərinin iştirak etdiyi tədbirdə Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətindən, qəhrəman Vətən övladlarının göstərdiyi şücaətdən bəhs olunub.

Tədbir Ali Hərbi Məktəbin Vətən müharibəsinin iştirakçısı olmuş gənc zabitləri üçün hazırlanan mədəni proqramla başa çatıb.