Türkiyənin Ərzurum Atatürk Universiteti ilə İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçılığı ilə “Aşıqların dilində Qarabağ” mövzusunda onlayn bədii proqram keçiriləcək.

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar bildirib ki, proqramda Azərbaycan, Türkiyə və Rusiyanın müxtəlif bölgələrindən olan tanınmış aşıqların çıxışları olacaq.

Proqramın təşkilində məqsəd Azərbaycanın gözəl təbiətini, xalqın öz torpağına və vətəninə bağlılığını, qəhrəman övladlarımızın igidlik salnamələrini tərənnüm etməkdir.

Atatürk Universitetinin müəllimi Gürsoy Solmaz tərəfindən idarə olunacaq bədii proqram fevralın 14-də Türkiyə vaxtı ilə saat 14:00-da “Zoom” proqramı vasitəsilə başlayacaq.