Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Şimal-qərb turizm dəhlizi üzrə regional broşür hazırlanıb.

Broşürdə Şəki Destinasiya Menecmenti Təşkilatının əhatə etdiyi Şəki, Qax, Zaqatala, Balakən rayonları üzrə mədəni-tarixi abidələr, təbiət gözəllikləri, piknik və gəzinti yerləri, mətbəx nümunələri, sənətkarlıq emalatxanaları, səyahət edərkən istifadə edilən nəqliyyat növləri haqda ətraflı məlumatlar əksini tapıb.

İngilis dilində hazırlanmış broşürdə, həmçinin regiondakı muzeylərin ünvanları, əlaqə vasitələri və digər faydalı məlumatlar yer alıb.

Çap materialını https://www.tourismboard.az/publications  keçidinə daxil olaraq onlayn formatda əldə etmək mümkündür.

Qeyd edək ki, bundan öncə Lənkəran və Quba Destinasiya Menecmenti təşkilatları tərəfindən də bu cür broşürlər nəşr edilib.