Fevralın 1-də başlanan Kiçik çillənin ikinci həftəsi başa çatmaq üzrədir. Bir həftədən sonra qışın son 30 günü – Boz ay başlayacaq. Novruza artıq sayılı həftələr, Novruz çərşənbələrinə isə günlər qalıb.

Nazirlər Kabinetinin 2021-ci il üçün Novruz bayramı günlərinin müəyyən edilməsi ilə əlaqədar müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü bayram – qeyri-iş günləri olacaq. 20-21 mart həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək. Beləliklə, martın 25-i və 26-sı da daxil 7 gün bayram tətili olacaq.

Bu il Novruz çərşənbələrinin ilki – Su çərşənbəsi fevralın 23-də qeyd olunacaq.  Martın 2-də Od çərşənbəsi, 9-da Yel çərşənbəsi olacaq. İlaxır – Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.