Azərbaycan xalqı özünün tarixi-mədəni irsi, folkloru, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Mədəniyyətimiz xalqımızın minilliklər boyu yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərləri özündə ehtiva edir.
Mədəniyyət Nazirliyi xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək, habelə bu sahədə dövlət siyasətini səmərəli şəkildə həyata keçirmək məqsədilə 2021-ci il üçün əsas hədəflərini elan edib.
Mədəniyyət Nazirliyinin 2021-ci il üçün əsas hədəfləri doqquz istiqamət-mövzunu əhatə edir:
- Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması.
- Mədəniyyət və yaradıcılığın inkişafı və məzmununun zənginləşdirilməsi.
- Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı.
- Mədəni irsin qorunması, bərpası və inkişafı.
- Mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası.
- “Nizami Gəncəvi İli” ilə bağlı yerli və beynəlxalq səviyyədə tədbir və layihələrin həyata keçirilməsi.
- Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi.
- Azərbaycan mədəniyyətinin ölkə daxilində təbliği məqsədilə layihə və tədbirlərin həyata keçirilməsi.
- COVİD-19 pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi.