Milli Kitabxanada “14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub.

14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü dünyanın bir çox ölkələrində qeyd edilir. Bu təşəbbüs ilk dəfə 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı – “Delightful Children’s Books”un yaradıcısı Emmi Brodmur tərəfindən irəli sürülüb və ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanıb. Bu, uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir gündür.

Əlamətdar gün münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə fotolar, mövzuya dair kitab və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.                                   

Virtual sərgi ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

http://anl.az/el/vsb/Beynelxalq_Kitab_Bagislama_Gunu/index.htm