Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Qobustan Milli Tarix-Bədii Qoruğuna səfər edib, qoruğun fəaliyyəti ilə tanış olub.

Qoruq əməkdaşları ilə keçirilən görüş zamanı onların gələcəkdə daha keyfiyyətli iş və  səmərəli nəticələrə yönəlmiş təklifləri dinlənilib.

Azad Cəfərli qoruqda pandemiyadan sonrakı dövr üçün çağırışlara və gözləntilərə uyğun fəaliyyətin qurulmalı olduğunu bildirib. Xalqımızın qədim mədəniyyətinin bənzərsiz incisi olan Qobustanın unikal qayaüstü təsvirləri ilə təkcə ölkə miqyasında deyil, həm də dünyada az sayda olan belə abidələr sırasında xüsusi yer tutduğu vurğulanıb.

Dövlət Xidmətinin rəis müavini qoruğun fəaliyyətinin daha da gücləndirilməsi, gələcək fəaliyyət istiqamətləri və görüləcək işlər barədə tapşırıq və tövsiyələrini verib.