BMT-nin Uşaq Fondu (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən “Azərbaycan Gənclərinə Dəstək Proqramı” çərçivəsində Tərtər rayonunda “Gənclər üçün kitabxana” layihəsi həyata keçirilir. Layihəyə qoşulan M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Tərtər rayonunda yeni açılan kitabxananın fondu üçün dəstəyini nümayiş etdirib.

14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar Milli Kitabxananın Ehtiyat mübadilə fondu və Milli Kitabxana nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”nın fondundan “Gənclər üçün kitabxana” layihəsinə kitablar hədiyyə edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı”nı yüksək qiymətləndirib. Proqramın icraçı koordinatoru Fariz Vəliyev bu layihəyə qoşulduğuna görə Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.