Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli rayon Mədəniyyət Mərkəzində Nizami Gəncəvinin qəzəlləri əsasında “Məclisi-üns” adlı musiqili kompozisiya nümayiş olunub. İmişli rayon Uşaq musiqi məktəbinin müəllimləri Fərrux Xəmmədov (tar) və Baxış Babaşovun (xanəndə) ifa etdiyi kompozisiyada Nizami Gəncəvi obrazında rayon Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov çıxış edib.
***
İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və fəal oxucular Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin dastanı” hekayətinin səhnələşdirilmiş versiyasını hazırlayıblar.
***
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi Azərbaycan Texnologiya Universiteti ilə birlikdə “Şərqin sönməz günəşi - Nizami Gəncəvi” adlı videokonfrans keçirib. Tədbirdə “Dahi mütəfəkkir Nizami Gəncəvinin irsinin təbliğində ulu öndər Heydər Əliyevin xidmətləri” adlı videoçarx nümayiş olunub.
***
Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Sarayı “Nizami Gəncəvi İli” ilə əlaqədar videoçarx hazırlayıb.