“Julien’s Auctions” hərrac evi Nyu-Yorkda ötən il fəaliyyətini dayandıran Milli Təhlükəsizlik Komitəsinin Casusluq Muzeyinin bütün kolleksiyasını “Soyuq müharibə yadigarları” adı altında kütləvi satışını təşkil edib.
Hərraca çıxarılan ən bahalı əşya (32 min dollar) üzərinə gizli kamera quraşdırılmış qadın çantası olub.
Hərrac evinin saytında bildirilib ki, bu, dünyada ilk belə auksion layihəsidir. Burada “soyuq müharibə” dövründə ABŞ, Sovet İttifaqı və Kubadan toplanmış ən nadir əşyalar təqdim olunub. Hərracda 400-dən çox eksponat arasında gündəlik istifadə etdiyimiz müxtəlif əşyalarda gizlədilmiş miniatür fotokamera və səsyazma avadanlıqlarından 16 min dollara satılan Ernesto Çe Gevara tərəfindən yazılan sənədin orijinalı da olub.
“Julien’s Auctions”un rəhbəri Darren Julien bildirib ki, “Soyuq müharibə” yadigarları” auksionu o dövrün geosiyasi, iqtisadi və mədəni sarsıntılarını hiss etmək və yaşamaq imkanı verir.