Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəliyinin kollektivi fevralın 23-də 20 yaşı tamam olan Xüsusi Təyinatlı Qüvvələrin şəhid kəşfiyyatçısı Alik İsayevin məzarını ziyarət ediblər.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Vətən müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Nurlan Dadaşovun ailə üzvləri ilə görüşüb.

Füzuli şəhər 3 nömrəli Uşaq musiqi məktəbində Vətən müharibəsində şəhid olmuş məktəbin tar müəllimi Toğrul Hacıyevə həsr edilmiş guşənin açılışı olub. Tədbirdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşları, şəhidin ailə üzvləri və məktəbin müəllim kollektivi iştirak edib.

***

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qax rayonu Qaşqaçay kənd Folklor evi və kənd kitabxanasının bir qrup əməkdaşı Vətən müharibəsi şəhidi Cavid Abdullayevin ailəsi ilə görüşüb.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun (1960-1992) xatirəsinə həsr olunmuş tədbir keçirilib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzinin Adil İsgəndərov adına Xalq teatrının nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrının təqdimatında “Qarabağ Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. 44 günlük Vətən müharibəsindən bəhs edən kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru Nicat Əliyev, səs rejissoru Əfsər Şahbazovdur. Rolları I qrup Qarabağ əlili Rəmzi Ağayev, Güldərən Azayeva, Nicat Əliyev, Əlizamin Abbasov, Şamil Ağayev və başqaları ifa ediblər.