Respublika Uşaq kitabxanası Xocalı soyqırımının 29-cu il dönümünə həsr olunmuş “Əsrin faciəsi – Xocalı” adlı virtual kitab sərgisini  təqdim edib.

Virtual sərgidə 27 kitab – Xocalı faciəsinə həsr edilmiş Azərbaycan, rus, ingilis və fransız dillərində olan ədəbiyyat istifadəçilərin ixtiyarına verilib.

Əsas məqsəd müxtəlif dillərdə təqdim olunan kitablar vasitəsi ilə Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, habelə yeniyetmə və gənclər arasında milli vətənpərvərlik ruhunu yüksəltməkdir.

Virtual sərgidə Əlibala Məhərrəmzadənin “Xocalı soyqırımı”, Səriyyə Müslümqızının “Xocalı uşaqları – qar içində qar çiçəyi”, Nurəngiz Günün “Xocalı simfoniyası”, Rafiq Nazimoğlunun “Ağla, Xocalım, ağla!”, Nəsiman Yaqublunun “Xocalı soyqırımı”, Sabir Məmmədovun “Xocalı soyqırımı” və başqa kitablar yer alıb.

İstifadəçilər bu link vasitəsi ilə virtual kitab sərgisi ilə tanış ola bilərlər:

http://clb.az/elektron/Xocali_faciesi/index.htm