Respublika Uşaq Kitabxanası həmçinin 8-16 yaş arası uşaq və yeniyetmələrin rəsmlərindən ibarət “Bir Xocalım var idi...” adlı virtual rəsm sərgisi təqdim edib.

Virtual sərgidə Elitar Gimnaziya, habelə paytaxtın 144, 160, 200, 251 və digər orta məktəblərin şagirdlərinin Xocalı faciəsini əks etdirən 75 rəsm əsəri nümayiş etdirilir.

Məktəblilər rəsmlərində erməni qəsbkarlarının 1992-ci ilin 26 fevralında Xocalı şəhərində dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara, qocalara qarşı törətdikləri vəhşilikləri təsvir ediblər. Rəsm əsərləri ilə şagirdlər müharibə və terrora yox deyərək faciə qurbanlarına çevrilmiş günahsız insanların səsinə səs veriblər.

İstifadəçilər bu link vasitəsilə virtual sərgini izləyə bilərlər:

https://www.clb.az/bir-xocalma-var-idi-_d3094.html