Pandemiyanın ili çıxdı

Martın 11-də Dünya Səhiyyə Təşkilatı tərəfindən COVİD-19 ilə bağlı pandemiya elan edilməsinin bir ili tamam oldu. 2020-ci ilin yanvarından Çindən İtaliyayadək onlarla ölkəni cənginə almağa başlayan yeni növ koronavirus infeksiyasının sürətlə yayılma tempi BMT-nin ixtisaslaşmış səhiyyə təşkilatını bu qərarı verməyə məcbur etdi. Bu, dünya epidemiyaları tarixində ən genişmiqyaslı xəstəlik yayılması idi.

Qeyd edək ki, Azərbaycanda bundan 4 gün öncə, martın 7-də hökumət tərəfindən  bütün təhsil müəssisələrində təlim-tədrisin, teatr və konsert nümayişlərinin, kütləvi idman tədbirlərinin dayandırılması barədə qərar verilmişdi. Martın 14-dən isə məhdudiyyətlər ümumilikdə bütün kütləvi tədbirləri, o cümlədən toy və yas mərasimlərini əhatə etdi. Kinoteatrların, muzeylərin, əyləncə mərkəzlərinin, idman zallarının  və s. fəaliyyəti dayandırıldı. Martın 19-dan respublikanın şəhər və rayonlarından nəqliyyat vasitələrinin və sərnişinlərin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması, eləcə də sərhəd boyu giriş-çıxış (yükdaşımalar istisna olmaqla) dayandırıldı. Martın 29-da isə sərt karantin rejimi (SMS-lə icazə və s.) elan edildi. Sonra qismən yumşaldılıb, yenidən sərtləşdirildi. Daha sonrası məlumdur. BeIəcə, bir ili başa vurduq...