Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rəssamların onlayn satış-sərgisi keçiriləcək.

Sərgiyə Novruz bayramı ilə bağlı milli adət-ənənələrimizi əhatə edən mövzularda qrafika, rəngkarlıq, dekorativ tətbiqi sənət və heykəltəraşlıq əsərləri qəbul olunur.

Müəlliflər mövzu ilə bağlı əsərlərinin keyfiyyətli fotoşəkilini, əsərin adı, ölçüləri, icra texnikası və qiymətini qeyd etməklə resmsergi@gmail.com elektron-poçt ünvanına göndərə bilərlər.

E-maili “Novruz sərgisi” başlığı altında göndərmək xahiş olunur.

Əsərlərin qəbulu 2021-ci il 17 mart tarixində başa çatacaq.

Əlavə məlumat üçün telefon: 077 717 33 37 (Elçin Hüseyn)