Yazın gəlişi ilə üfüqdə yüksələn günəş yeri-göyü nura-hərarətə qərq edərək təbiəti öz səmənisini göyərtməyə səsləyir. Fəsli baharın gəlişini daha yaxından duymaq, estetik zövq almaq üçün Azərbaycan Milli İncəsənət Muzeyinə tələsin!

16 martda muzeydə “Novruz ahəngi” adlı sərgi açılıb.

Xalqımızın tarixində və məişətində kök salmış Novruz bayramı rəssamlarımızın ilham qaynağına çevrilərək onların yaradıcılığında öz geniş təzahürünü tapıb.

Bayram əhval-ruhiyyəli “Novruz ahəngi” sərgisində bədii metal, zərif işləmələr və milli geyimlərlə tanış olacaq, dağ çiçəklərinin ətri hopmuş Səttar Bəhlulzadə tabloları, Əzim Əzimzadə qrafik rəsmlərində tonqaldan tullananlar...

Mənəvi dəyərlərlə adət-ənənələrimizin vəhdət təşkil etdiyi sərgiyə dəvətlisiniz!

Əlaqə telefonu: (+994 12) 492 07 07