Amerika Kino Sənətləri Akademiyası 2021-ci ildə “Oskar" mükafatlarına namizəd olan filmlərin adını açıqlayıb.

Mükafat uğrunda səkkiz film mübarizə aparacaq:

Çlo Zhao (Xloya Çjao) – “Köçərilər yurdu” (Nomadland, 2020);

Floriana Zeller –  “Ata” (The Father, 2020);

Şaki Kinq – “İuda və qara məsih” (Judas and the Black Messiah, 2021);

Devid Finçer – “Mank” (Mank, 2020);

Li Ayzek Çun – “Minari” (Minari, 2020);

Emirald Fennel – “Ümid vəd edən qız” (Promising Young Woman, 2020);

Darius Marder – “Metalın səsi” (Sound of Metal, 2019);

Aaron Sorkin – “Çikaqo yeddiliyinin məhkəməsi” (The Trial of the Chicago 7, 2020).

Ən yaxşı rejissor adı uğrunda Xloya Çjao (“Köçəri torpaqları”), Emirald Fennel (“Ümid verən gənc qadın”), Tomas Vintenberq (“Daha bir qədəh”), Devid Finçer (“Mank”) və Li Ayzek Çun (“Minari”) yarışacaq.

Ən yaxşı aktyor adına Entoni Hopkins, Çedvik Bouzman, Riz Ahmed, Qari Oldman, Stiven Yan, habelə Keri Malliqan, Vanessa Kirbi Frensiz MakDormand, Andra Dey, Viola Devis iddia edirlər.

Qeyd edək ki, Xloya Çjaonun “Köçərilər yurdu” filmi bu ərəfədə “İlin ən yaxşı dramatik filmi” kateqoriyasında “Qızıl qlobus” mükafatına layiq görülüb. Hollivudun Xarici Mətbuat Assosiasiyası tərəfindən təqdim olunan “Qızıl qlobus”  ABŞ-da  “Oskar”dan sonra ikinci ən nüfuzlu mükafat hesab edilir.

93-cü "Oskar" mükafatlarının təqdimat mərasimi bu il aprelin 25-də keçiriləcək.