İtaliya-Azərbaycan Assosiasiyasının (Associazione İtalia-Azerbaijan) “Youtube” kanalında Novruz bayramı haqqında məlumat yerləşdirilib.

Məlumatda yaz fəslinin başlanğıcı, gecə-gündüz bərabərliyi − 20-21 mart tarixləri də daxil olmaqla, Azərbaycanda bir həftə ərzində Novruz bayramının qeyd ediləcəyi diqqətə çatdırılır.

Bildirilir ki, Azərbaycanda Novruz günlərində ənənəyə uyğun olaraq tonqallar qalanır, müxtəlif şirniyyatlar hazırlanır, xonça bəzədilir, səməni əkilir, qaynadılmış yumurta boyanır.

Qeyd edilir ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.