Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu “GəncApp” mobil tətbiqi üzərindən “Sirlər xəzinəsi” adlı intellektual müsabiqəyə start verib.

İl ərzində hər ay onlayn formatda keçiriləcək intellektual müsabiqənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual bacarıqlarının inkişaf etdirilməsi və dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olan Nizami Gəncəvi  irsinin gənclər tərəfindən dərindən mənimsənilməsidir.

Müsabiqəyə 16-29 yaş arasında bütün gənclər qatıla bilərlər.

İlk müsabiqə 17-21 mart tarixini əhatə edir. Bu müddətdə hər gün “GəncApp” mobil tətbiqi vasitəsilə iştirakçılara 1 sual-bildiriş göndəriləcək. Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçilərək mükafatlandırılacaq.

Müsabiqədə iştirak etmək üçün “GəncApp” mobil tətbiqini həm Android, həm də iOS əməliyyat sistemli mobil telefonlar üçün yükləyə bilərsiniz.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı” çərçivəsində Nizami Gəncəvi irsinin gənclər arasında müasir texnoloji vasitələr, rəqəmsal platformalar, sosial media alətləri vasitəsilə təbliği məqsədilə həyata keçirilir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və GəncApp mobil tətbiqi sizi asudə vaxtınızı düzgün və əyləncəli dəyərləndirməyə dəvət edir!

***

Müsabiqənin sualları hər gün “GəncApp” mobil tətbiqi üzərindən saat 21:00-da göndəriləcək. Suallara doğru cavab verən gənclər isə qoyulmuş qaydalara əsasən xallar toplayacaq.

Xalların hesablanması aşağıdakı qaydada aparılacaq. Doğru cavabı qeyd edən ilk 5 gənc:

  • 1-ci doğru cavab – 10 xal
  • 2-ci doğru cavab – 8 xal
  • 3-cü doğru cavab – 6 xal
  • 4-cü doğru cavab – 4 xal
  • 5-ci doğru cavab – 2 xal

Sonrakı doğru cavablara görə hər iştirakçı 1 xal qazanır.

Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçiləcək.

Qalibləri dəyərli hədiyyələr gözləyir.

Müsabiqənin şərtləri çox sadədir:

“GəncApp” mobil tətbiqini yükləməlisiniz.

Sualı təqdim edildiyi vaxtdan 60 dəqiqə müddətində cavablandırmaq şansınız var.

Yarış və qazan!

#MədəniyyətNazirliyi #GənclərFondu #AzGF #GencApp #SirlərXəzinəsi #Müsabiqə #Əylən #Öyrən #Faydalan