Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivi tərəfindən qazi Təbriz Əlizadə ziyarət edilib.

***

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı “Şəhidlik şərbəti” adlı virtual ədəbi-bədii kompozisiya təqdim edib. Sosial şəbəkələr vasitəsilə yayımlanan kompozisiya teatrın rejissoru Cəmaləddin Əliyev, istedadlı sənətçi Atamoğlan Zahid, prodüser Mərhəmət Lələyev, aktyor Cavid Quliyev, bədii qiraətçi Ziyafət Hüseynov və “Viləş” məktəbəqədər təhsil müəssisəsinin iştirakı ilə hazırlanıb.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova və mərkəzin filiallarının əməkdaşları Vətən müharibəsi şəhidləri gizir Mirsədi Bağırlı, Mehman Qənbərov və Cahid Tağızadənin ailələrinə baş çəkiblər.

***

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Zöhrab Adıgözəlov və rəis müavini Ramiz Məmmədov şəhid Kənan Müzəffərlinin ailəsini ziyarət ediblər. Zöhrab Adıgözəlov həmçinin Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsində yaralanmış İsmayıl Süleymanov və Anar Alıyevlə görüşüb, problemləri ilə maraqlanıb.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin kənd kitabxana filiallarının əməkdaşları Vətən müharibəsi şəhidi Mehrab Niftəliyevin ailəsi və qazi Alişan Bəkirovla görüşüblər.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Fariz Qurbanovun ailəsi ilə görüşüb.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı tərəfindən Vətən müharibəsində şəhid olmuş Beyləqan rayon sakinlərinin ailə üzvləri və qazilərlə görüşlər təşkil edilib.

***

Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Ömrün şəhidlik zirvəsi” adlı onlayn tədbir keçirilib. Tədbirdə Vətən müharibəsi şəhidlərimizin ailə üzvləri, qazilər və Salyan, Masallı, Hacıqabul, Zərdab, Xaçmaz, Samux, Kürdəmir, Ucar, Siyəzən, Qazax, Ağstafa, Beyləqan, Gəncə, Şamaxı rayon Heydər Əliyev mərkəzlərinin direktorları iştirak ediblər.

***

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Qandax kənd Mədəniyyət evinin əməkdaşları Vətən müharibəsi şəhidi Aydın Əhmədlinin ailəsini ziyarət ediblər.

Oğuz rayon MKS-nin Mərkəzi kitabxanası və Qarabulaq kənd filialı əməkdaşlarının təşkilatçılığı ilə rayonun Xalxal Qışlaq kənd sakini qazi Yusif Yusifzadə ilə görüşü keçirilib.