Prezident İlham Əliyev martın 18-də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Məhkum olunmuş şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Prezidentə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsipləri əsas götürülərək imzalanan sərəncam ümumilikdə 625 nəfərə şamil edilib.

475 məhkum  azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. 98 məhkumun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük həbs cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə ilə əvəz edilib. Daha 49 nəfər şərti cəza, azadlığın məhdudlaşdırılması cəzası, cərimə cəzasından və s. azad edilib.