Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Tarix yaradan tarixi şəxsiyyətlər” adlı yeni layihəyə başlayıb.

Layihənin məqsədi kitabxananın istifadəçi auditoriyasını və ölkə ictimaiyyətini Azərbaycan tarixində, ictimai-mədəni fikrində silinməz iz qoymuş görkəmli şəxsiyyətlərlə həyat və fəaliyyəti ilə tanış etməkdir. Yeni aksiya eyni zamanda məşhur insanlarımızın beynəlxalq aləmdə təbliğinə töhfə olacaq.

“Tarix yaradan tarixi şəxsiyyətlər” silsiləsindən kitabxananın əməkdaşları tərəfindən Hacı Zeynalabdin Tağıyev, Məhəmməd Əmin Rəsulzadə,  Fətəli xan Xoyski, Əhməd bəy Ağaoğlu, Əliağa Şıxlinski və s. başqa şəxsiyyətlər haqqında videoçarxlar və virtual sərgilər hazırlanıb.

İstifadəçilər sözügedən materialları kitabxananın “İnstagram” səhifəsi vasitəsilə izləyə bilərlər.