Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsinə yekun vurulub.

Baxış-müsabiqəsinə Bakı şəhəri üzrə 32 ümumtəhsil, respublika üzrə 50 uşaq-gənclər inkişaf mərkəzlərinin şagird və dərnək üzvləri qatılıb. Müsabiqəyə ümumilikdə 570 rəsm və 250 əl işi təqdim olunub.

Qaliblər və fəal iştirakçılar 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin diplom və təşəkkürnamələri ilə təltif olunublar.

Müsabiqə uşaq və gəncləri dahi şairin zəngin irsi ilə daha yaxından tanış etmək, təsviri-tətbiqi sənət növləri vasitəsilə yaradıcılıq uşaqların əl qabiliyyəti və bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunub.