Heydər Əliyev Sarayının nəzdindəAzərbaycanda ilk dəfə “Prodüser mərkəzi” yaradılıb. Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin məqsədi 16-22 yaş arasında caz, estrada, klassik vokal, instrumental ifaçılıq və rəssamlıq üzrə istedadlı gəncləri seçərək 3 il müddətində öz öhdəliyinə götürməkdir.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərəcək “Prodüser Mərkəzi” gənclərin repertuarlarının hazırlanması, səs yazılışları, vokal dərsləri, səhnə hərəkətləri, imic və stilistikasının formalaşması, klip çəkilişləri, yerli və beynəlxalq tədbirlərdə, festival və müsabiqələrdə iştirakını təmin edəcək.

Müsabiqədə iştirak etmək istəyənlər (050) 493 55 11 (Whatsapp, Telegram) nömrəsinə özü haqqında ətraflı məlumat, şəxsiyyət vəsiqəsinin surəti və bir dəqiqədən artıq olmamaq şərti ilə video materialı 20 aprel 2021-ci il tarixinədək təqdim etməlidir.