Azərbaycanda ilk inklüziv teatr olan ƏSA Teatrı 27 mart – Dünya Teatr Günü ilə bağlı "Pandemiya aktyoru" adlı videoçarxlar hazırlayıb.

Teatrın aktyorları Rafael Şahbəyli və İmran Lalayevin iştirakı ilə çəkilən videoçarxlar teatrların pandemiya səbəbindən bir ildən çoxdur fəaliyyətlərini dayandırması və aktyorların səhnədən, yaradıcı prosesdən uzaq qalması probleminə toxunur.

ƏSA Teatrının baş meneceri Nicat Qulam bildirib ki, teatrların bir ildən uzun müddət fəaliyyət göstərməməsi ən çox aktyor heyətinə mənfi təsir edib. Çünki uzun müddət aktyorların səhnədən kənarda qalması, tamaşaçı qarşısına çıxmaması, yaradıcı və kollektiv prosesdə iştirak etməməsi onları motivasiyadan salır. Bu səbəbdən teatrımız bu günü digital formada və məhz bu mövzuda qeyd etmək qərarına gəlib.