Yazıçı, publisist, “Ulduz” jurnalının baş redaktor müavini Təranə Vahidin “Qarışqa təqvimi” hekayələr kitabı Türkiyədə nəşr olunub.

Türk Ədəbiyyatı Vəqfinin “TURAY” nəşriyyatında işıq üzü görən kitaba “Türk ədəbiyyatı” jurnalının baş redaktoru, yazıçı Bəxtiyar Aslan ön söz yazıb.

Kitabın redaktorları yazıçı-tərcüməçi İmdat Avşar və tərcüməçi Səadət Örmecidir.

 “Qarışqa təqvimi"ndən: "Taleyi ilə barışanı Tanrı xilas edə bilməz!”

Hərdən dünyaya qarışqaların pəncərəsindən baxaq...