Azərbaycan Dövlət Rəsm Qalereyası videoçarx təqdim edib

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında törədilən soyqırımı olub. Bakı şəhərində başlanılan kütləvi qırğınlar Azərbaycanın bütün ərazisinə yayılıb. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

Təsviri sənətimizdə və xüsusilə rəssamların yaradıcılığında xalqımıza qarşı törədilən faciələr geniş yer alıb.

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanan videoçarxda rəssam Nazim Məmmədovun 1918-ci ilin Mart soyqırımına həsr etdiyi silsilə qrafika və rəngkarlıq əsərləri diqqətə çatdırılır.

Videoçarx Azərbaycan Dövlət Rəsm Qalereyasının “Facebook” və “İnstagram” sosial şəbəkələrindəki səhifələri vasitəsilə yayımlanıb.