Yazıçı-dramaturq Pərvinin “Hava limanı” kitabı Türkiyədə işıq üzü görüb. Türk Ədəbiyyatı Vəqfinin dəstəyi ilə “Turay” nəşriyyatında ərsəyə gələn kitabda müəllifin “Xalis xilas”, “Dəniz aptek”, “Ala qarğa”, “Yollar yorğunu”, “Hava limanı”, “Xəyanət”, “Avara bağı”, “Çarəsiz yalan” və s. hekayələri və “Mən öləndə ağlama” monopyesi yer alıb. Hekayələri və pyesi türkcəyə İmdat Avşar çevirib.

Qeyd edək ki, müəllifin “Mən öləndə ağlama” lirik monotamaşası 2019-cu ilin payızında “Türk dünyasının mədəniyyət paytaxt” – Qırğızıstanın Oş şəhərində keçirilən “Art – Ordo” VII Beynəlxalq Teatr Festivalında mükafata layiq görülüb. Gənc rejissor Ayla Bəhramqızı əsərə Gənc Tamaşaçılar Teatrının səhnəsində quruluş verib.

Xatırladaq ki, “Hava limanı” Pərvinin “Anar dünyası”, “Balerin”, “Sevdim səni” və “Qadın” kitablarından sonra Türkiyədə nəşr olunan beşinci kitabıdır.