Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi beynəlxalq müsabiqədə uğur qazanıb.

Akademiyadan bildirilib ki, Qazaxıstanın Nur-Sultan şəhərində onlayn şəkildə keçirilən “Bahar musiqisi” VIll Beynəlxalq İncəsənət Müsabiqəsində “İxtisas fortepiano” kafedrasının professoru Elnarə Kəbirlinskayanın yetirməsi, III kurs tələbəsi Jalə Mailova Qran-pri mükafatına layiq görülüb.

Tələbəsinin uğuru münasibətilə Elnarə Kəbirlinskaya təşəkkür diplomu ilə təltif olunub.