“31 mart – terror və soyqırımı”

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı olaraq onlayn formatda “31 mart – terror və soyqırımı” adlı elmi-praktik seminar təşkil edilib.

Filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçirilmiş tədbirdə “İçərişəhər” Muzey Mərkəzinin elmi katibi Səadət Ələkbərova “Erməni xisləti, xəbis planları tarixi faktlarda”, idarənin tabe qurumlarının əməkdaşları – tarix üzrə fəlsəfə doktoru Günay Həsənova “Mart soyqırımı zamanı İçərişəhər”, Nərmin Alıyeva “31 mart soyqırımı AXC mətbuatında”, Gülsüm Hüseynova “Əsrlərlə Azərbaycan xalqının başına gələn soyqırımların ekran təcəssümü”, Yeganə Babaşova “Əhməd bəy Ağaoğlu erməni soyqırımları haqqında”, Günel Qasımova “1918-ci ildə Bakıda ermənilərin törətdikləri qırğınlar”, Selcan Osmanova “Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı soyqırımlar”, Gülər Quliyeva “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı məruzələrlə çıxış ediblər.

31 Mart hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib.