F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Qonağım ol” virtual layihəsi davam edir. “İnstagram” sosial şəbəkəsi üzərindən reallaşan layihənin məqsədi oxucu və yaradıcı insanlar arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazarların fəaliyyətinin oxuculara tanıdılmasına şərait yaratmaq, uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.

Rubrikanın növbəti qonağı yazar, fərdi inkişaf, bədən dili və motivasiya üzrə təlimçi, “Bədən dili və natiqlik sənəti” kitabının müəllifi Eldar Kərimov olub.

Yazar fəaliyyəti haqqında ətraflı məlumat verib, həmçinin canlı yayıma qoşulan izləyicilərin motivasiya formaları, fərdi keyfiyyətlər, valideyn-övlad münasibətləri uşaqlarda əxlaqi keyfiyyətlərin formalaşdırılması və s. məsələlərlə bağlı suallarını cavablandırıb.

Sonda Eldar Kərimov bütün uşaqları 2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə təbrik edib. Onlara daim mütaliə edərək inkişaf etməyi məsləhət görüb.