Xəbər verdiyimiz kimi, Azərbaycanla Türkiyə arasında ortaq media platformasının yaradılması barədə protokol imzalanıb və bu istiqamətdə müvafiq addımlar atılmaqdadır.

Eyni zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) səviyyəsində belə bir platformanın yaradılması nəzərdə tutulub.

Bu barədə Türk Şurasının mətbuat katibi Kahraman Halisçelik məlumat verib. O, bildirib ki, bu məqsədlə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan media sahələrinə məsul şəxslərin iştirakı ilə 9-10 aprel tarixində Bakıda toplantı keçiriləcək.

Toplantıya Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun da qatılacaq.

K.Halisçelikin sözlərinə görə, nümayəndə heyətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfəri də gözlənilir.

Mehparə SULTANOVA
Ankara