Azərbaycanın ən yeni tarixinə yazılan şanlı səhifələrdən biri də 2016-cı ilin Aprel döyüşləridir. Aprel döyüşlərində düşmənə vurulan sarsıdıcı zərbə 2020-ci il Vətən müharibəsində tarixi Zəfərin təməli idi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Aprel döyüşləri – böyük Zəfərin başlanğıcı” adlı virtual kitab sərgisi tərtib edib. Sərgidə Aprel döyüşlərinin səbəbləri, nəticələri, tarixi əhəmiyyəti barədə məlumat verilib.

Virtual kitab sərgisində Elşən Əliyev və Elxan Salahovun “Murov qartalı”, Şövqi Bünyatovun “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu”, Aida Eyvazlının “Qalibiyyət: şahidlər və şəhidlər” və s. adda 20-ə yaxın kitab və onların məzmununu açan qısa annotasiyalar təqdim edilir.

Sərgiyə aşağıdakı keçiddən baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=Lvtdo4-fqTY