Sabirabad Regional Mədəniyyət İdarəsi Saatlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Qobustan Milli Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə  aprelin 5-də “Region muzeyləri üçün Qobustan təcrübəsi” mövzusunda onlayn konfrans keçirilib.

Konfransda Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev, həmçinin bıra sıra mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan millət vəkili Sabir Rüstəmxanlı Muğan bölgəsinin zəngin mədəniyyətindən və Qobustan qoruğundakı qayaüstü təsvirlərin tarixi qədimliyinin önəmindən bəhs edib, zəngin mədəni irsimizin qorunmasının əhəmiyyətini vurğulayıb.

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə muzeylərimizin daha təkmil və əlaqəli əməkdaşlığının təqdirəlayiq olduğunu bildirək, bu qəbildən tədbirlərin davamlı təşkilinin mədəni irsimizin təbliğinə, bu sahədə faydalı təcrübə mübadiləsinə mühüm töhfə olacağını qeyd edib.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev qoruğun fəaliyyət istiqamətləri haqqında iştirakçıları məlumatlandırıb.

Konfransın davamında mövzu ilə əlaqədar mühazirələr oxunub.