Aktyor Fikrət Məmmədov aprelin 5-də, 65 yaşında vəfat edib. 

Fikrət Əli oğlu Məmmədov 1 yanvar 1956-cı ildə Bakıda anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. “Fəryad”, “Şir evdən getdi”, “Axırıncı reys”, “Bağlı qapı”, “Bayquş gələndə”, “Cin mikrorayonda”, “Doğma sahillər”, “Gümüşgöl əfsanəsi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Ömrünün son illərində müstəqil yaradılan “Ol” teatrında çalışırdı.

Qeyd edək ki, aktyor Fikrət Məmmədov Azərbaycanın tanınmış musiqi xadimi Ağası Məşədibəyovun nəvəsidir. Atası Əli Məmmədov “Azərbaycanfilm”də çalışıb, bir sıra filmlərin direktoru olub.

2002-ci ildə avtomobil qəzası keçirən aktyor uzun illər idi müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.

Allah rəhmət eləsin.