Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə 2 aprel – Beynəlxalq Uşaq Kitabı Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə dünya şöhrətli danimarkalı yazar Hans Kristian Andersenin “Kibrit satan qız” nağılının müzakirəsini təşkil edib.

***

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşları 2 və 5 saylı şəhər uşaq bağçalarında olublar. Tədbir zamanı kitabxananın əməkdaşları uşaqlara “Göbələk”, “Alma”, “Düyməcik”, “Qar kraliçası”, “Qırmızıpapaq”, “Dostlar səfərdə” nağıllarını danışıblar.