Erməni silahlı dəstələrinin Azərbayacanın Kəlbəcər rayonunun Ağdaban kəndində dinc sakinlərə qarşı kütləvi qırğın törətməsindən 29 il ötür.

1992-ci il aprelin 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri Ağdaban kəndini işğal edərək sakinlərə qarşı vəhşiliklər törədib.

130 evdən ibarət olan kəndin işğalı zamanı evlərin hamısı yandırılıb, 779 sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarətləri yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək heç bir məlumat yoxdur.

Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, məzarlıq məhv edilib. Azərbaycanın aşıq şerinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev-muzeyi yandırılıb.