Müsabiqənin qalibi “CBC FM” olub

Qarabağda regional radio kanalının açılması üçün elan olunmuş müsabiqənin nəticələri aprelin 7-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında elan olunub.

MTRŞ-dan bildirilib ki, 102,7 MHs işçi tezliyinə elan olunmuş müsabiqə fevralın 10-dan martın 12-dək davam edib.

İclasda məlumat verilib ki, müsabiqə ilə bağlı 7 iddiaçı müraciət edib: “Real Təhlil İnformasiya Mərkəzi” MMC; “Caspian İnternational Broadcasting Company” MMC; “Balans Studiyası” MMC;  “İNS ÇM” MMC; “İsti Press” MMC; “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası; “ARB 24” MMC.

Müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Caspian İnternational Broadcasting Company” MMC-nin (“CBC FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul edilib.