Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi əməkdaşlarının təşkilatçılığı ilə 6 aprel – Beynəlxalq Cizgi Filmləri Günü münasibətilə oxucularla onlayn görüş təşkil edilib.

Dünyanın 100-dən çox ölkəsində qeyd olunan əlamətdar gün 2002-ci ildə Beynəlxalq Animasiya Filmləri Assosiasiyası tərəfindən təsis edilib. 1906-cı il aprelin 6-da amerikalı kinematoqraflar Con Stüart Blekton və Albert Smit ilk animasiya filmini çəkiblər.

***

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon Şirvanlı kənd kitabxanası “Sevdiyim cizgi film qəhrəmanları” başlığı altında virtual rəsm sərgisi təşkil edib. Sərginin məqsədi uşaqlara qayğını artırmaq, onlarda estetik zövq formalaşdırmaq, gələcəkdə uşaqların təsviri sənətə meylini artırmaq və istedadlarını üzə çıxarmaqdan ibarətdir.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Uşaq şöbəsi “Hansı cizgi film qəhrəmanlarını tanıyırsınız” adlı onlayn sual-cavab gecəsi keçirib. Tədbirdə iki komandaya bölünən uşaqlar sualları cavablandırıblar.