İsveçrənin Bern şəhərində XIX-XX əsrlərdə yaşamış məşhur İsveçrə səyyahı və kolleksiyaçısı Henri Moserin (1844-1923) Qacar Xanədanlığı dövrünə aid topladığı eksponatların sərgisi açılıb. Bu barədə İsveçrədə yaşayan soydaşımız Abbas Atilay sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Sərgidə Moserin 23 yaşından başlayaraq Mərkəzi Asiya, indiki İran, çar Rusiyası və Osmanlı torpaqlarından topladığı Qacar sülaləsinin hakimiyyəti vaxtlarına təsadüf edən və onlarla bağlı olan əşyalar sərgilənir.

Ekspozisiyada Qacar sülaləsi dövrünə aid saray otaqlarının dizaynından dərviş geyimlərinə, zirehli dəbilqə və silahlara qədər bir çox nümunələr diqqət çəkir.

Qeyd edək ki, dövrünün zəngin ailə mənsublarından olmuş Henri Moser Osmanlı və Qacarlar dövrünə aid kolleksiyaları ilə məşhurdur. Onun kolleksiyaları vaxtaşırı müxtəlif ölkələrdə və şəhərlərdə sərgilənir.

CAVİD