Bakı Xoreoqrafiya Akademiyası və Moskva Dövlət Xoreoqrafiya Akademiyası arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilə mədəniyyət, təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tələbə-müəllim mübadiləsi, ustad dərslərinin təşkili, müştərək layihələrin həyata keçirilməsi, eləcə də gənclər təşkilatları və yaradıcı birliklər daxil olmaqla ictimai təşkilatların xətti ilə əlaqələrin inkişafını özündə əks etdirir.

Bakı Xoreoqrafiya Akademiyası və Kazan Dövlət İncəsənət Universiteti arasında da əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, təhsil və elm sahələrində əməkdaşlıq, qabaqcıl təcrübənin tədris prosesində tətbiqi, elmi və mədəni əlaqələrin qurulması nəzərdə tutulub.

Hər iki müqavilə üzrə tərəfdaşlar arasında tələbələrin balet tamaşası layihələrinin, aparıcı xoreoqrafların iştirakı ilə konsert proqramlarının, sərgilərin və s. reallaşdırılması təmin ediləcək.