Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş şəhər Habil Əliyev adına Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə VII sinif şagirdi Həmayə Baxışova İtaliyada keçirilən beynəlxalq onlayn müsabiqədə ikinci yeri qazanaraq laureat adına layiq görülüb. Həmayənin müəllimi Günay Musazadə isə müsabiqənin rəhbəri Michele Poma tərəfindən diplomla təltif olunub.
***
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 19 saylı filialı “Azərbaycan cəmiyyətində multikulturalizmin əhəmiyyəti, dünyaya örnək tolerantlıq modeli” adlı onlayn tədbir keçirib.
Gəncə şəhər MKS-nin Uşaq şöbəsində tanınmış uşaq yazarı Sevinc Nuruqızının “Paltar dolabında gizlənqaç”, “Ağca və Cubbulu”, “Aysu və ay”, “Bozqulaq və fəsillər” kitablarının onlayn xülasəsi keçirilib.
Regional idarənin təşəbbüsü, Gəncə və Samux Heydər Əliyev mərkəzlərinin təşkilatçılığı və mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə 15 aprel – Dünya İncəsənət Günü ilə əlaqədar videokonfrans keçirilib.
***
Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon Mədəniyyət Mərkəzində “Azərbaycan folklorunun gənc nəslin tərbiyəsində rolu” mövzusunda diskussiya təşkil olunub.
***
Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət Mərkəzinin və Tərtər rayon Mədəniyyət Mərkəzinin filialları Dünya İncəsənət Günü münasibətilə videoçarxlar hazırlayıblar.