Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi kitabxanası “Bəşəriyyətin bədii inkişaf tarixinin qızıl səhifəsi – Nizami Gəncəvi - 880” adlı ədəbi-bədii gecə təşkil edib.

Gəncə şəhər Mədəniyyət Mərkəzində Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar sərgi keçirilib. Sərgidə mütəfəkkir şairə həsr olunan rəsm əsərləri nümayiş etdirilib.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Böyük Kəsik kənd Mədəniyyət evi, həmin kəndin və Muğanlı, Saloğlu kənd klub filiallarının təşkilatçılığı ilə “Nizami yaradıcılığı – dünya ədəbiyyatının incisi” mövzusunda onlayn tədbir keçirilib.

Qazax rayon MKS-nin təşkilatçılığı ilə E.Hüseynov adına Mərkəzi kitabxana və filialları “Sirlər xəzinəsi” əsərinin onlayn müzakirəsini keçirib. Tədbir çərçivəsində  “2021-ci il “Nizami Gəncəvi İli” adlı onlayn kitab sərgisi nümayiş etdirilib.

***

Şəmkir Regional Mədəniyyət İdarəsi Şəmkir rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Şəmkir rayon MKS, Daşkəsən Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Gəncə Heydər Əliyev Mərkəzinin əməkdaşları və müxtəlif məktəblərdən şagirdlərin iştirakı ilə “Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi” başlığı altında videokonfrans keçirilib.

***

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Danaçı kənd Folklor evində “Nizami və poeziya” adlı tədbir təşkil olunub. Tədbirdə Nizaminin həyat və yaradıcılığı haqqında məruzələr dinlənilib, şairin şeirlərindən nümunələr səsləndirilib.

Qax rayonunun Qaşqaçay kənd Folklor evində “Nizami ili” münasibətilə ədəbi-bədii gecə keçirilib. Gecədə Nizaminin “Sirlər xəzinəsi”, “Yeddi gözəl” və “İsgəndərnamə” əsərlərindən kiçik səhnələr göstərilib.

Oğuz rayon Heydər Əliyev Mərkəzində “Dahi şəxsiyyət” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə Oğuz rayon E.Abdullayev adına 2 saylı tam orta məktəbin VI sinif şagirdlərinin ifasında Nizaminin əsərlərindən hissələr səsləndirilib.

Qax rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən İsmayıl Dağıstanlı adına Xalq teatrında “Yeddi gözəl” poemasından “Xeyir və Şər” əhvalatı əsasında tamaşa göstərilib.

Gülşad Paşayevanın quruluş verdiyi tamaşada Xeyir obrazını Şəmsəddin Quliyev, Şər obrazını İbrahim Paşayev canlandırıb. Nəvai Əliyev, Aydan Əhmədova, Əli Yunusov digər obrazları ifa ediblər.