Lənkəran Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Lənkəran komitəsinin kollektivi Lənkəranın Göyşaban kəndinin Vətən müharibəsi şəhidi Sənan Ağazadənin məzarını və ailəsini ziyarət edib.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəliyi və tabe müəssisələrin əməkdaşları Vətən müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Xaspolad Qasımovun ailəsini ziyarət ediblər.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə I Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Yelmar Edilovun (1946-1994) 75 illiyinə həsr olunmuş onlayn tədbir keçirilib.

Quba rayon MKS-nin direktoru Saməddin Nəsirov və Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanov rayonun Kələnov kəndindən olan Vətən müharibəsi iştirakçısı kiçik çavuş Murad Salahovu ziyarət ediblər. MKS-nin Qorxmazoba və Hacıhüseynli kənd kitabxanalarının əməkdaşları isə Vətən müharibəsi iştirakçıları Elariz Vəliyev, Murad Mehdiyev və Orxan Aslanovla görüşüblər.

***

Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Şəhidliyin Hacı Rauf zirvəsi” adlı onlayn tədbir keçirilib.

Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı Vətən müharibəsinin şəhid müəllimi Vidadi İsrafilova həsr edilmiş “Şəhidliyin Vidadi İsrafilov zirvəsi” başlıqlı onlayn görüş keçirib.

***

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Turan qəsəbə Uşaq musiqi məktəbinin kollektivi I Qarabağ müharibəsi şəhidi Mübariz Məmmədovun, həmçinin 44 günlük Vətən müharibəsi şəhidləri Elməddin Məmmədov və Ülvi Abışovun ailələrinə baş çəkiblər.

Zaqatala rayon Yengiyan kənd Eyvaz Əlixanov adına Mədəniyyət evinin və kənd kitabxanasının kollektivləri kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin ətrafında abadlıq işləri aparıb, ağac və gül kolları əkiblər.

***

Şəmkir Regional Mədəniyyət İdarəsi Gədəbəy rayon Mədəniyyət Mərkəzinin kollektivi Vətən müharibəsi şəhidi Novruz Həsənovun ailəsi ilə görüşüb.